Bu 3 amil insanın qəlbini sərtləşdirər

Bu 3 amil insanın qəlbini sərtləşdirər

"Sonra, onun (möcüzələrin) ardınca sizin qəlbləriniz sərtləşdi, daş parçaları kimi və ya ondan da bərk oldu". ("Bəqərə" 74).

Bəli, insan qəlbi də daş kimi bərkiyə bilir.

Bəs onun bərkiməsinə hansı amillər təsir edir?

Həzrət Peyğəmbər (s) buyurur: "Üç şey qəlbi sərtləşdirər: yersiz söz eşitmək, ov etmək, əmirin sarayına gedib-gəlmək".

O kəsin ki, peşəsi heyvanları öldürmək olar, zaman keçdikcə qəlbində rəhm hissi azalar və yerini qəddarlıq və qəsavət alar. Həmçinin o kəs ki, davamlı olaraq əmirin sarayına gedib-gələr öz gözləri ilə insanlara necə zülm edildiyini görər. Lakin zaman keçdikcə bu hiss onda adi hala keçər və artıq bu kimi əməllər ona təsir etməz.

İmam Sadiq (ə) buyurur: "Allah Musaya vəhy edir: "Ey Musa! Çoxlu mala görə sevinmə, hər bir halda Allahı yada salmaqdan əl çəkmə. Çünki, çoxlu mal günahları insana unutdurar və Məni yada salmağı tərk etmək qəlbləri sərt edər"".

O kəslər ki, nalayiq sərvət içindədirlər - özlərini heç bir zaman günahkar hiss etmirlər. Həmçinin Allahı unudan zalımlar kimi insanların haqqını basır və hətta bu zaman onların üzünə belə gülürlər. Çünki qəlbləri daşlaşmışdır.

İmam Əli (ə) buyurur: "Göz yaşları qurumaz, məgər qəlbin sərtləşməsinə görə. Qəlblər sərtləşməz, məgər günahın çoxluğuna görə".

Həmçinin hədislərdə oxuyuruq ki, uzun arzular da qəlbin daşlaşmasına səbəb olar.

 

Mənbə: news.milli.az