Bu insanlara behişt haram olur

Bu insanlara behişt haram olur

Söz gəzdirmək odur ki, kiminsə sözünü bir başqasına çatdırasan. Həmin söz ki, ona deyirsən - onun haqqında deyilmiş sözdür. Misal üçün Rasim sizə şikayət edir və siz də həmin şikayəti Ramizə çatdırırsınız. Fərqi yoxdur ki, sizin bu işi görməkdə niyyətiniz fəsad və fitnə yaratmaqdır, yoxsa yox. Hər bir halda bu əməl fəsada gətirib çıxardar. Yəni, bu əməldə xeyir olmaz. Bu iş xeyir niyyətinə yerinə yetirilməz.

Adətən söz gəzdirən insanın niyyəti iki din qardaşı arasına ayrılıq salmaq və onları düşmən etməkdir.

Həzrət Peyğəmbər (s) buyurur: "Sizə ən pis insan haqqında xəbər verimmi? Onlar o kəslərdir ki, söz gəzdirmək üçün yola düşərlər və dostlar arasına ayrılıq salarlar".

İmam Baqir (ə) buyurur: "Behişt qeybət edənlərə və söz gəzdirənlərə haramdır".

İmam Sadiq (ə) buyurur: "Üç nəfər behiştə daxil olmazlar: çoxlu qan tökən, daima şərab içən, söz gəzdirən".

Milli.Az

Mənbə: news.milli.az