Qəbir əzabını aradan aparan əməllər

Qəbir əzabını aradan aparan əməllər

Qəbir əzabı o həqiqətlərdəndir ki, hədislərimiz onun haqqında məlumat vermiş və ondan uzaq olmağın yollarını bizə tanıtmışdılar. Bu yollar ilə tanış olaq:

1. İmam Sadiq (ə) buyurur: "Hər bir şeyin qəlbi vardır və Quranın qəlbi "Yasin"dir. Hər kim onu oxuyar, qəbir əzabından amanda olar".

2. İmam Baqir (ə) buyurur: "Hər kim "Zuxruf" surəsini davamlı oxuyarsa, Allah qəbirdə onu torpağın zəhərli heyvan və həşəratlarından, qəbir əzabından amanda saxlayar, o zamana qədər ki, Allah qarşısında hazır olar".

3. İmam Sadiq (ə) buyurur: "Hər kim cümə axşamı gününün zöhründən cümə gününün zöhrünə qədər dünyadan gedərsə, Allah ona qəbir əzabından aman verər".

4. Mənsur ibni Hazəm nəql edir ki, İmam Sadiqdən (ə) soruşdum ki, dörd dəfə həcc yerinə yetirən şəxsin savabı nədir? Həzrət (ə) buyurdu: "Ey Mənsur! O kəs ki, dörd dəfə həcc yerinə yetirər, heç bir zaman qəbir əzabı görməz".

5. İmam Əli (ə) buyurur: "Hər kim hər cümə "Nisa" surəsini oxuyarsa, qəbir əzabından amanda olar".

6. İmam Baqir (ə) İmam Hüseyn (ə) qəbrini ziyarət etməklə bağlı buyurur: "İmam Hüseyni (ə) ziyarət etmək, zəvvarın qəbir əzabından amanda olmasına bais olar".

7. Həzrət Peyğəmbər (s) buyurur: "Üç dəstə qadın vardır ki, qəbir əzabı onlardan götürülmüşdür və Peyğəmbərin (s) qızı Həzrət Fatimə (s.ə) ilə məhşur olarlar. O qadın ki, ərinin (yersiz) qeyrətinə səbir edər. O qadın ki, pis əxlaqlı əri ilə yola gedər. O qadın ki, mehriyyəsini bağışlayar".

8. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, möminin sədəqə verməsi onu dünya bəlalarından, qəbir əzabından və Qiyamət gününün əzabından qoruyar.

Milli.Az

Mənbə: news.milli.az