Aparıcı Aytəkin yayı necə keçirəcək?

Aparıcı Aytəkin yayı necə keçirəcək?

Aparıcı Aytəkin Mərdanova yay mövsümündə də işləmək qərarına gəlib.

BiG.AZ xəbər verir ki, o, bu dəfə tamaşaçıların qarşısına "Bağ havası" proqramı ilə çıxacaq. "Xəzər TV"də yayımlanacaq verilişdə sənət adamları qonaq olacaq.

Aytəkin verilişin anonsunu sosial şəbəkə izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, A.Mərdanova sözügedən kanalda eyni zamanda "Evdəkilərə salam" və "Evsiz qonşular" verilişlərinə aparıcılıq edir./Axşam.az

 

 

 

Mənbə: big.az