Zənginləri kasıblardan üstün tutanların aqibəti

Zənginləri kasıblardan üstün tutanların aqibəti

Bəni-İsrayildən olan bir nəfər gözəl bir saray tikir və müxtəlif cür yeməklər hazırladır. Şəhərin ancaq zənginlərini bu saraya dəvət edir. Bəzən dəvətsiz yoxsullardan kimsə gəlmək istəyəndə, onlara mane olur və deyirdi ki, bu məclis sizin kimilər üçün deyildir.

Allah da iki mələyi yoxsul insan simasında yerə endirir. Onlara da eyni sözləri deyirlər. Allah o iki mələyə əmr edir ki, zənginlərin simasında həmin məclisdə iştirak etsinlər. O zaman ki, zənginlərin simasında məclisə daxil olurlar, onları əziz tuturlar. Məclisin yuxarı başında əyləşdirirlər. Ona görə də Allah o iki mələyə əmr edir ki, bu camaatı yerə batırsınlar.

Allah Təala bizləri bu acı aqibətdən xilas etsin!

Milli.Az

Mənbə: news.milli.az