Ancelina Coli birinci ərinin evində - FOTO

Dünyaca məşhur amerikalı aktrisa Ancelina Coli birinci ərinin evinin qarşısında paparazzilərə tuş gəlib.

Mk.ru xəbər verir ki, Colinin Conni Li Millerin evinin qarşısındakı fotosu internetdə sürətlə yayılıb.

Fanatları hesab edir ki, onların eşqləri yenidən alovlanıb.

Hollivud ulduzu keçmiş ərinin yanına mühafizəçisiz, tək gəlib və orada üç saat vaxt keçirib.

Məhkəmə qərarı ilə Colinin üçüncü əri Bred Bitt uşaqlarının birgə qəyyumluğunu təmin edib. Artıq ulduz valideynlər bərabər qəyyumluq hüquqlarına sahib olublar. Ancaq mətbuatda məlumatlar yayılıb ki, Coli Pittin uşaqlarla görüşünə qadağa axtarmağa davam edəcək.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Nazilə Səfərli ana olur? - Özü açıqladı

SONRAKI XƏBƏR

Xaricdə təhsil alan həkimlərin etirazına Nazirlikdən REAKSİYA: “Problemin həlli üçün işçi qrupu yaradılıb”