Tanınmış iş adamının qızı məzun oldu

Tanınmış iş adamının qızı məzun oldu

Bu gün Azərbaycanda bütün ümumi təhsil müəssisələrində "Son zəng" tədbirləri keçirilib.

Redaktor.az xəbər verir ki, 11 illik təhsil ilini bitirənlər sırasında tanınmış iş adamıVüqar Hacılının qızı Selcan Hacılı da yer alıb. O, Həbibbəy Mahmudbəyov adına 2 saylı Texniki Humanitar Liseyi bitirib.

Bu barədə Selcanın atası sosial "Facebook" hesabında paylaşım edib:

“Adını “Dədə Qorqud” boylarından götürüb Selcan qoydum ki, Selcan Xatun kimi gözəl və ağıllı olasan. Çünki, adının mənası “işıqlı sima”, “parlaq vücud” deməkdir. Bu gün orta məktəbi atanın adına layiq əla qiymətlərlə bitirib, müstəqil həyata qədəm qoyursan. Qədəmlərin uğurlu olsun, mənim gözəl və ağıllı qızım!”.

Təsisçimiz Seymur Şeydayev başda olmaqla Redaktor.az saytı adında Selcan Hacılını təbrik edir, ona gələcək həyatında uğurlar arzu edirik.

Mənbə: redaktor.az