“HammAli & Navai”yə görə konsert zalı 1 milyon cərimələnə bilər

“HammAli & Navai”yə görə konsert zalı 1 milyon cərimələnə bilər

Əslən Azərbaycandan olan Aleksandr Əliyev və Nəvai Bəkirovun yaratdığı məşhur “HammAli & Navai” rep qrupunun konsertində koronavirus əleyhinə tətbiq olunan qaydalar kobud şəkildə pozulub.

“Qafqazinfo” xəbər verir ki, bu səbəbdən tədbirin keçirildiyi Music Media Dome (MMD) 1 milyon rubla (23 milyon 600 AZN) qədər cərimə ilə üzləşə və 90 gün müddətinə bağlana bilər.

Mövzu barədə “TASS”a İnzibati və Texniki Yoxlamalar Birliyinin (OATI) baş müfəttişi Dmitri Voronkov məlumat verib. Qeyd olunub ki, 12 iyun tarixində baş tutan gecədə tamaşaçılar əlcək və maska taxmaq və sosial məsafə tələblərinə riayət etməyib.

Eyni zamanda, zalda 50 faizdən çox insanın iştirakına icazə verilməsi doğru deyil.

Voronkov deyib ki, bu pozuntulara görə məkan böyük bir cərimə və ya fəaliyyətin dayandırılması tətbiqi ilə üzləşə bilər.

Mənbə: qafqazinfo.az