Avropa filmləri festivalı onlayn başladı

Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin Aİ üzv ölkələri səfirliklərilə birgə təşkil etdiyi Avropa filmlərinin ilk onlayn festivalı iyunun 14-dən 29-dək keçiriləcək.

“Report” xəbər verir ki, tədbir çərçivəsində Aİ üzvü 13 ölkənin istehsalı olan 10 film nümayiş etdiriləcək. Bunlar Almaniya, Belçika, Çex Respublikası, Finlandiya, Fransa, İspaniya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Polşa, Rumıniya, Yunanıstandır. Filmlərin çoxu bir neçə ölkənin birgə istehsalıdır.

Festivalın açılış mərasimi onlayn formatda keçirilərək Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskasın nitqilə başlayıb. 2010-cu ildən bu yana hər il keçirdikləri festival çərçivəsində Azərbaycanda artıq 148 film nümayiş etdirildiyini deyən diplomat daha sonra bildirib:

“Bu il festivalımızın ilk dəfə onlayn formatda keçirilməsi Avropa filmlərini həm Bakıda, həm də bütün ölkə boyu azərbaycanlı tamaşaçılara daha da yaxınlaşdıracaq. Film hekayə nəql etmək, hissləri çatdırmaq, fikirlər doğurmaq iqtidarındadır. Biz də bu festival vasitəsilə Avropa mədəniyyətini daha yaxşı tanıtdırmaq, Azərbaycan və Avropa İttifaqı xalqları arasında mədəni anlaşmaya təkan vermək ümidindəyik”.

Qeyd edək ki, festivala çıxarılan filmlərin əksəriyyəti Kann (Oleg”, “Fire Will Come”, “The Fight”), Toronto, San Sebastian (“Listening”), “Sundance 2020”, Sarayevo 2020 (“Acasa, My Home”), Edinburq (“Aurora”) beynəlxalq festivallarının qalibidir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

"Rövşən Rzayev dedi, sizi mən çıxardıram gedin kirayədə qalın, indi kiyarə pulunu verən yoxdur"

SONRAKI XƏBƏR

Ölümdən qurtaran Eriksen azarkeşlərin qarşısına çıxdı