"Artıq adını nə qoyursunuzsa qoyun"

"Artıq adını nə qoyursunuzsa qoyun"

Uzun illərdir Türkiyədə yaşayan müğənni İradə İbrahimova sosial şəbəkədə həyat yoldaşı ilə birgə çəkilmiş şəkillərini paylaşıb.

Lent.az-ın məlumatına görə, ifaçı paylaşımına öz təəssüratlarını da bölüşüb: “Nə olur-olsun, kürəyimi hökmən söykəyəcəm deyirsənsə, belə bir sevgiyə, sevgiliyə söykəyəcəksən. Şərtsiz, təmənnasız, təmiz sevgiyə, mərhəmətə...

Artıq adını nə qoyursunuzsa qoyun".

Qeyd edək ki, Türkiyəyə gəlin köçən İradə xanımın İpək adlı qızı və Ali adında oğlu var.

Mənbə: cebhe.info