Müğənni Ayan: "Hər zaman sevilən xanım olmuşam"

Müğənni Ayan: "Hər zaman sevilən xanım olmuşam"

Müğənni Ayan Babakişiyeva birinci evliliyi haqda açıqlamalar verib.

“Sherg.az”ın məlumatına görə, o "Söz baz" proqramında eks-həyat yoldaşı barədə bunları söyləyib:

“Bizim ortaq övladımız olduğu üçün həmişə bu mövzu hallanacaq. Lakin mənim də özəl həyatım var .Keçmişdə qalmamışam. İradəsiz insan deyiləm. Düzdür, keçmişimi unutmamışam. Amma keçmişlə də yaşamıram. O zaman uğursuz qadın olardım. Hər zaman sevilən bir xanım olmuşam”.

Qeyd edək ki, A.Bababkişiyeva Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayevlə evli olub. Onların bir qızları da var.

Mənbə: sherg.az