Qarabağ Zəfərindən sonra bu işin finalı yazıldı - Rejissor

Qarabağ Zəfərindən sonra bu işin finalı yazıldı -  Rejissor

Torpağı işğal altında olan xalqın ekran qəhrəmanı qalib ola bilməzdi.

Kult.az xəbər verir ki, bu sözləri rejissor Aqil M.Quliyev “Şaman” bədii filminin ekranlara qayıdışı barədə danışarkən deyib.

“2010-cu ildən peşə həyatımın ən böyük və ağır layihəsi üzərində işləyirəm. “Şaman” bədii filmi uğrunda hər bir aktyora qədim türk mifologiyası haqqında məlumat verib, töhfələrini ala bilmişəm. Bu işi başlayanda mən tamamən başqa insan idim. "Niyə bitirmirsən?" sualına isə cavab olaraq bildirirəm ki, zaman yetişdi. Qarabağ Zəfərindən sonra bu işin finalı yazıldı. “Şaman” qayıdır”, - rejissor bildirib.

Mənbə: axar.az