Tatlısəsin ürəyinə stend qoyuldu

Uzun müddətdən sonra “İbo Şou” ilə ekranlara qayıdan Türkiyə musiqisinin imperatoru İbrahim Tatlısəs əməliyyat olunub.

“Qafqazinfo” xəbər verir ki, sənətçiyə ötən həftə ateroskleroz (arteriya intimasında plazma mənşəli aterogenik lipoproteinlərin toplanması nəticəsində yaranan iltihabi-fibroproliferativ proses - red.) diaqnozu qoyulub.

İllər əvvəl silahlı hücum nəticəsində sağlamlıq problemləri ilə mübarizə aparan ifaçı Maltepe Universiteti Tibb Fakültəsi Xəstəxanasında əməliyyat edilib.

İctimaiyyətdən gizli saxlanılan cərrahi müdaxilə zamanı Tatlısəsin ürəyinə stend qoyulub.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

“Bakı Fond Birjası”: Özəl şirkətlərdə maliyyə menecmenti zəifdir

SONRAKI XƏBƏR

Bakı məktəbində “Son zəng” sinif otağında keçirilib? - AÇIQLAMA