Nigardan illərdir küsülü olduğu Nuraya barışıq addımı

Nigardan illərdir küsülü olduğu Nuraya barışıq addımı

Müğənni Nigar Camal illərdir küsülü olduğu Nura Suriyə barışıq addımı atıb.

Axşam.az xəbər verir ki, Nuranın oğlu Xosrov avtomobil qəzası keçirib. Bunla bağlı xəbərlər isə saytlar və sosial şəbəkələrdə yayımlanıb.

Nigar xəbərlərdən birinə şərh yazaraq, Xosrova şəfa diləyib. O, paylaşımında "Allah şəfa versin. Çox yaxşı uşaqdır. Allah köməyi olsun, tez sağalsın" sözlərini vurğulayıb.

Qeyd edək ki, Nura ilə Nigarın küsməsinə səbəb müğənni Samir Cavadzadə olub. Nura yaxın dostu olan Samirlə arasını Nigarın vurduğunu deyib.

 

 

 

 

 

Mənbə: big.az