Təcavüz iddiası ilə gündəmə gələn şoumenə keçmiş həyat yoldaşlarından DƏSTƏK

Təcavüz iddiası ilə gündəmə gələn şoumenə keçmiş həyat yoldaşlarından  DƏSTƏK

Türkiyəli şoumen Mehmet Əli Ərbilin keçmiş həyat yoldaşları müğənni Səda Sayanın təcavüz iddiasına reaksiya veriblər.

Olaylar.az bildirir ki, Ərbilin eks həyat yoldaşı Tuğba Coşqun məsələ barədə səssiz qalmağa üstünlük verib. O, bu barədə danışmaq istəmədiyini deyib.

Şoumenin digər həyat yoldaşı Nərgis Kumbasar isə baş verənlərin yanlışlıq olduğunu vurğulayıb. "Ola bilər ki, araya girən bəzi şəxslərə görə səhv addımlar atılıb. Biz Sədanı çox sevirik. Elə Səda da Ərbillə bağlı eyni şeyi düşünür", - deyə aktrisa qeyd edib.

 

Xatırladaq ki, məşhur şoumen Səda Sayanın keçmişinin təmiz olmadığını demiş, Səda Sayan isə onu evlərində çalışan qulluqçuya təcavüz etməklə günahlandırmışdı. Ancaq sonra Mehmet Əli Ərbil Sedadan üzr istəyərək dərmanların təsiri ilə səhv etdiyini demişdi. sfera

Mənbə: olaylar.az