MakSim süni nəfəs aparatına qoşuldu

MakSim süni nəfəs aparatına qoşuldu

MakSim adı ilə tanınan müğənni Marina Abrosimova süni nəfəs aparatına qoşulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti”yə MakSimin mətbuat katibi bildirib. Onun sözlərinə görə, müğənninin ağciyəri zədələnib və ona sətəlcəm diaqnozu qoyub:

“Görünür, koronavirusdur, ancaq test neqativ nəticə göstərir. Qanda oksigenin miqdarı çox azdır. O, əlavə oksigenə heç bir reaksiya vermədi, ciyərləri təmizlənmədi və buna görə həkim onu süni komaya salmağa qərar verdi”.

O bildirib ki, makSim bir neçə gün komada saxlanılacaq.

Mənbə: qafqazinfo.az