Fransa Müstəqillik Günü münasibətilə ABŞ-a ikinci Azadlıq heykəlini təqdim edib.
Cebhe.info xəbər verir ki, Amerika 4 iyulda Müstəqillik Gününü qeyd edir.
Bu səbəbdən orginal heykəldən 16 dəfə kiçik modelini hazırlayıb Amerikaya hədiyyə verib.
Belə ki, bürüncdən hazırlanan heykəlin ağırlığı 500 kilo, hündürlüyü isə 3 metrdir. 1-5 iyul tarixində ikinci Azadlıq heykəli Nyu-Yorkun Ellis adasındakı orginal heykəlin yanında turistlərə sərgilənəcək. Daha sonra isə Vaşinqtona göndəriləcək.
Əbülfət Baxşəli
Mənbə: cebhe.info