Koronavirusu heçə sayıb izdihamlı konsert verdi - Fotolar

Koronavirusu heçə sayıb izdihamlı konsert verdi  - Fotolar

Dünyada koronavirus səbəbi ilə kütləvi tədbirlərin təxirə salındığı dövrdə Rusiya və Ukraynanın pop ulduzu Maks Barskix Belarusda solo konsert verib.

“Qafqazinfo” xəbər verir ki, məşhur müğənninin 18 dekabrda keçirilməsi planlaşdırılan konserti 19 iyunda “Minsk Arena”da baş tutub. Sənətçi səhnəyə çıxaraq minlərlə insanın qarşısında şou göstərib.

Sərt karantin rejiminin tətbiq olunmadığı ölkədə səhnəyə çıxan Maks musiqili gecə barədə fikirlərini bölüşüb: “Bu anlardan daha çox adrenalin və sevinc gətirən heç bir şey yoxdur! Sağ olun, dostlarım, bu sevgi okeanında minlərlə hər ürək üçün təşəkkür edirəm. Çox səmimi, simpatik bir auditoriyasınız və hər zaman sizə qayıtmaq istəyirəm!”

Qeyd edək ki, Belarusda son sutkada 582 nəfərdə “COVID-19” aşkarlanıb, 9 nəfər həyatını itirib. Ümumi statistikaya əsasən, 410 678 yoluxma, 3 min 44 ölüm faktı qeydə alınıb.







Mənbə: qafqazinfo.az