Nizaminin əsərləri gəncləri Vətənə sevgi, böyüklərə hörmət ruhunda tərbiyə edir

Nizaminin əsərləri gəncləri Vətənə sevgi, böyüklərə hörmət ruhunda tərbiyə edir

Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi ərəfəsində Prezident İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi ili” elan etməsi bu böyük dühanın yaradıcılığına verilən yüksək dəyərin təzahürüdür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə “Nizami Gəncəvi ili” çərçivəsində Göyçaydakı Bayraq muzeyində keçirilən tədbirdə danışılıb.

Ziyalıların, nizamisevərlərin iştirakı ilə təşkil edilən tədbirdəki çıxışlarda Şeyx Nizaminin yalnız Azərbaycan ədəbiyyatında deyil, dünya ədəbiyyatında da müstəsna yeri olan bir mütəfəkkir olduğu vurğulanıb. Qeyd edilib ki, Nizaminin əsərləri gəncləri Vətənə sevgi, böyüklərə hörmət ruhunda tərbiyə edir. Çıxışlarda dahi şairin əsərlərində qoyulan bəşəri problemlərin, yaradılan monumental obrazların bu əsərlərin əbədi yaşayacağına və baş qəhrəmanının amal və arzularının da onu əbədi yaşadacağına zəmanət verdiyi qeyd olunub.

Diqqətə çadırılıb ki, 2021–ci ilin “Nizami Gəncəvu ili”, işğaldan azad olunan Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, ölkə başçısının çıxışlarında milli-mənəvi dəyərlərimizə xüsusi diqqət yetirməsi umummilli lider Heydər Əliyev siyasətinin uğurlu davamının göstəricisdir.

 

Mənbə: azertag.az