Adel qayıdır: 6 ildən sonra...

Məşhur müğənni Adel 6 illik susqunluğunu pozmağa qərar verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ifalarına həsrət qaldığımız məşhur sənətçi bu müddətdə həm arıqlaması ilə, həm də boşanma xəbərləri ilə gündəmdə qaldı. Köklükdən əziyyət çəkən artistin arıqladıqdan sonra görüntüləri də mətbuatda çox danışıldı. Ulduza yaxın mənbələrə görə, həyatını nizama salan Adel artıq yeni yaradıcılıq işlərinə start verib. İddialara görə, aylardır studiyadan çıxmır, yeni albomu üzərində çalışır.

Ən maraqlısı odur ki, əvvəlki kompozisiyalarında şəxsi həyatına dair mövzulara toxunan sənətçi 2019-cu ildə boşandığı həyat yoldaşı Simon Konekdən ilham alıb.

 

Publika.az

ƏVVƏLKİ XƏBƏR

FIFA-nın prezidenti Cianni İnfantino: Yaxın gələcəkdə Bakıya yenidən qayıdacağım günü səbirsizliklə gözləyəcəyəm

SONRAKI XƏBƏR

Peyvənd qalmaqalı: ABŞ və Çin üz-üzə gəldi