Nəvəsi heç vaxt şahzadə ola bilməyəcək

72 yaşlı Çarlz kral olduqdan sonra şahzadə Harri və Meqan marklın oğlunu "şahzadə" titulundan məhrum etməyi planlaşdırır.

BiG.AZ xəbər verir ki, bu haqda "The Daily Mail" məlumat yazıb. Bildirilib ki, şahzadə Çarlz taxta çıxarkən ilk işinin bu olacağını deyib. O, nəvəsi Arşinin şahzadə ola bilməməsi üçün çalışacaq. Bununla o, ingilislərin uzun müddətdir müzakirə etdiyi mövzunu bağlamış olacaq.

36 yaşlı Harri və 39 yaşlı Meqan ABŞ-a köçdükdən sonra İngiltərədə narazıçılıqlar yaranıb. İyunun əvvəlində isə onların bütün titullardan məhrum edilməsi üçün petisiya yaradılıb. Buna isə 10 minə yaxın insan imza atıb.

Hər kəs Harri və Meqanın İngiltərədn köçməsinin kral ailəsinin ziyanına olduğunu, onların imicinə zərər gətirdiyini bildirib. Şahzadə və Meqan övladının bu tituldan məhrum edilməsinə narazıdır./Axşam.az

 

 

Big.az

ƏVVƏLKİ XƏBƏR

Erməni “silah baronu” qanunsuz yolla silah tədarükü həyata keçirdiyini inkar edir

SONRAKI XƏBƏR

Mayda heyvandarlıq məhsulları üzrə istehsalçı qiymətləri indeksi artıb