Hande Ataizi tətil mövsümünü gənc sevgilisi ilə açdı - FOTO

Hande Ataizi tətil mövsümünü gənc sevgilisi ilə açdı - FOTO

Türkiyəli məşhur aktrisa Hande Ataizinin çimərlikdən fotoları yayılıb.

“Milliyet” xəbər verir ki, 48 yaşlı aktrisa Bodrumda 27 yaşlı sevgilisi Dinç Aydoğdu və oğlu Aslan Leonla birgə tətilə çıxıb.

Oynadığı “Camdakı kız” serialının mövsüm finalına çıxması ilə istirahətə yollanan Ataizi hoteldə dostları ilə söhbət edərkən kameraya düşüb.

Oğlu ilə dənizə girən cazibədar aktrisa qüsursuz bədən quruluşu ilə diqqətləri üzərinə çəkib.

Mənbə: www.oxu.az