Röyanın keçmişi ilə bağlı İNANILMAZ FAKT: Bizi iki dost sevirdi - FOTO

Röyanın keçmişi ilə bağlı İNANILMAZ FAKT: Bizi iki dost sevirdi - FOTO

"Röya haqqında çox danışa bilərəm".

Milli.Az xəbər verir ki, bunu müğənni Nüşabə Musayeva "Tolik ilə səmimi" verilişində deyib.

Məlum olub ki, Nüşabə Xalq artisti Röya Ayxan ilə uşaqlıq rəfiqəsi olub:

"Bizim uşaqlığımız bir yerdə keçib. Biz eyni binada yaşamışıq - o, birinci mərtəbədə, mən ikinci mərtəbədə. Hətta bizi iki dost sevirdi. Mən övladımın atası ilə ailə qurdum. Uşaqlıqda bir-birimizə o qədər bağlı idik ki. Hətta onlar çox kasıb olublar. Röya bu gün o zirvəyə həqiqətən də layiqdir. Çünki Röyanın nə qədər əziiyyət çəkdiyini mən görmüşəm. Atası müğənni idi, evlərinə musiqiçilər gəlib, gedirdi. Onun anası Telli xanım bizim ingilis dili müəlliməmiz olub".

Qeyd edək ki, uzun illər Röyanın prodüseri işləmiş Tarix Əliyev (Tolik) də bu məlumatlardan xəbərsiz olduğunu, təəccübləndiyini gizlətməyib.

Məhəmməd Vaqif
Milli.Az

Mənbə: news.milli.az