“Jara 2021”-dən rəngli görüntülər - FOTO

“Jara 2021”-dən rəngli görüntülər - FOTO

Ötən gün Rusiyanın Krasnoqorsk şəhərində “Jara 2021” Musiqi Festivalı start götürüb.

BAKU.WS “first.news”a istinadən xəbər verir ki, “Crocus City Hall”da reallaşan musiqili gecədə, Rusiya şou-biznesinin tanınmış simaları yer alıblar.

Tədbir zamanı bütün izolyasiya qaydalarına əməl olunub. Tamaşaçılar arasında maska, əlcək, sosial məsafə kimi qaydalara riayət edilib.

5 gün ərzində davam edəcək festivalda musiqisevərləri müxtəlif repertuarlı 200 sənətçi və gündəlik 90 ifa gözləyir.

Festivalın ikinci günü tamaşaçılar Dmitri Malikovun yaradıcılıq gecəsini və populyar sənətçilərin ifasında 2000-ci illərin hitlərini dinləyəcəklər.

Tədbirin son günü, yəni bağlanış mərasimində gənc və populyar ifaçıların çıxışları olacaq.

Qeyd edək ki, Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə reallaşan “Jara 2021” iyunun 27-də yekunlaşacaq.

BAKU.WS

Mənbə: baku.ws