Xoşqədəm Hidayətqızı söz atdı: "Üzümə gülüb, arxamca danışan..."

Məşhur aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, tennis oynamağa başladığını bildirən Xoşqədəm Hidayətqızı ad çəkmədən "dostlarına" söz atıb: "Çox gözəl oyundu, bir il altı aya yaxındır tennis oynamıram. Bu tennis raketkası ilə zala daxil olanda elə bilirəm ki, dünyanın ən gözəl yerləri, ən gözəl evləri mənimdir. Sanki dünyanın ən zəngini mənəm.

Tennis raketkası 1999-cu ildən mənim ən yaxın dostumdur. Mənə heç vaxt xəyanət etmədi, üzümə gülüb, arxamca danışmadı. Əsl dostdur".

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı müğənni Doğuş ilə evlidir.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

3 dəfə həbs olunan qadının dramı: Lotu Bəxtiyarla görüşüb...

SONRAKI XƏBƏR

Ermənilər Qarabağdan köçməyə hazırlaşırlar - FOTO