"Qızım məni barmağında oynadacaq" - Halit Ergenç

"Qızım məni barmağında oynadacaq" - Halit Ergenç

Türkiyənin məşhur cütlüyü Halit Ergenç ilə Bergüzar Korel yürüyüş etdikləri zaman görüntülənib.
Axşam.az xəbər verir ki, hamilə aktrisa müxbirlərə qızı olacağı üçün həyəcanlı olduğunu deyib.

Aktyor isə həyəcandan çox qorxu hiss etdiyini bildirib:

"Qızım məni barmağında oynadacaq deyə, qorxuram".

Qeyd edək ki, cütlüyün iki oğlu var.

 

 

Mənbə: big.az