Məşhur cütlük evini 28 milyona satır - Fotolar

Məşhur cütlük evini 28 milyona satır - Fotolar

"Taxt oyunları" serialının ulduzu Sofi Törner və müğənni həyat yoldaşı Co Conas Los-Ancelesdəki malikanələrini 16,7 milyon dollara (təxminən 28 milyon 390 min manat) satmağa qərar veriblər.
Axşam.az xəbər verir ki, cütlük sözügedən malikanəni 2019-cu ikdə 14,1 milyon dollara alıb.

Evdə 9 yataq, 11 vanna otağı, spa salonu, hovuz, trenajor zalı, qolf meydançası, 4 avtomobil üçün qaraj və güclü təhlükəsizlik sistemi var.

 

 

 

Mənbə: big.az