"Pul üçün toylara gedirəm" - Samirə Əfəndi

"Pul üçün toylara gedirəm" - Samirə Əfəndi

"Şəxsi münasibət haqqında danışa bilmərəm, çünki heç özüm də bilmirəm cavabını. Mənim üçün önəmli olan anlaşma, etibar və inamdır. İstər ailə, istər şəxsi, istər iş, bütün münasibətlərdə insanlar bir-birini tamamlamalıdır. Münasibətdə tərəflər bir-birini əzməməlidir. Sənət və ailə - ikisi birlikdə çətin deyil. Amma bilmirəm gələcəkdə sənətdə olacam, ya yox?".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Samirə Əfəndi "Üzə düz" proqramında deyib. Sənətçi bildirib ki, ona ən yaxşı dəstəyi anası verir:

"Anam mənim üçün nümunədir. Valideynlərimdən aldığım dəstəyi heç kimdən ala bilmərəm. Onlar mənə heç vaxt sərhəd qoymurlar, yanımda olublar, seçim azadlığı veriblər. Çünki evin içində sən həm evin uşağı, həm də başqa Samira olursan. Uşağı nə qədər sıxmaq olar, mən artıq uşaq da deyiləm axı. İnsan səhv də, düz də olsa, özü cavabdeh daşımalıdır yaşadıqlarına. Hər şey etibar, güvəndən asılıdır. Düzgün tərbiyə almışam. Bəxtim onda gətirdi ki, mənim əhatəm doğru insanlarla zəngindir. Yalandan qaçıram. Sənətə təzə gələndə anamın bir sözü var idi ki, qızım, sən hazırsanmı bütün bu dedi-qodu, söhbətlərə? Kimsə sevəcək, kimsə sevməyəcək. Psixoloji hazırsansa, başla. Yox əgər səhhətinə ziyan verəcəksən, hardasa qırılacaqsansa, mən "yox" deyirəm sənətinə. Kimsə nəsə deyəndə, yola verirəm".

Samirə toylara getdiyini də söyləyib:

"Amma onu yaradıcılığımın pik nöqtəsi hesab etmirəm. Sadəcə, gəlir yeri kimi baxıram. Çünki bizdə konsert mədəniyyəti hələ ki, yaxşı inkişaf etməyib. Bizdə mən özüm üçün bir gecə keçirirəmsə, özüm məkan təşkil edirəm. Bu çox çətin və düzgün deyil. Gənc ifaçı kanala çıxır pul ödəyir, amma xarici ölkələrdə bunun əksini görürük. Mənim bütün qrafikim toyla zəngin deyil, buna vaxtım da yoxdur. Toy, xına, ad günü məclislərinə gedirəm, amma seçərək. El şənlikləri olmalıdır ki, bizim də gəlir yerimiz olsun".

Mənbə: news.milli.az