Gitaraçıdan müğənnilərə İRAD:"....Heç olmasa paltar geyinin"

Gitaraçıdan müğənnilərə İRAD:"....Heç olmasa paltar geyinin"

Gitaraçı Rəhman Məmmədli “Tünzalənin Əli ilə” proqramında gənc müğənnilərə irad bildirib.

“Sherg.az” xəbər verir ki, o, narazı olduğu məqamlardan söz açıb:

“Müğənni deyiləm ki, desinlər hansısa həmkarına paxıllıq edir. Musiqini bildiyim üçün irad bildirirəm ki, xoşuma gəlməyən çox nüans var. Öncə mahnıları bəyənmirəm. Musiqilərin ayağı ilə başı bilinmir. Amma baxış sayı çox olur. İndi də izlənmə sayı etolon olub. Ayıb deyil?!

Bu, nə vaxtdan sənət göstəricisi sayılır? Xanım müğənnilərin geyimləri xoşuma gəlmir. Mənim ailəm, övladım, qızım baxır. Geyiminizə fikir verin, heç olmasa paltar geyinin. Təkrar musiqilərdən bəhs etmək istəyirəm. Məsələn, meyxana fərqli janrdır və milli dəyərlərimizdən biri sayılır.

Lakin indi meyxana janrında mahnı oxuyurlar. Olmaz belə! Ad çəkməyim, ötən dəfə birinə qulaq asırdım. Dörd-beş dəqiqəlik mahnı iki cümlədən ibarətdir. Bu iş Əlinin, Rəhmanın deməyi ilə düzələn deyil.

Bir musiqiçi kimi durumun yaxşılığa getdiyini düşünmürəm. Əksinə daha da pisə doğru irəliləyir”.

Mənbə: sherg.az