Flora Kərimova 80 yaşında!

Bu gün Xalq artisti Flora xanım Kərimovanın 80 illik yubileyidir.

“Qafqazinfo” xəbər verir ki, məşhur estrada, muğam və opera müğənisi 23 iyul 1941-ci ildə Bakıda anadan olub.

Yaradıcılığında klassik opera, milli opera, xalq mahnıları, romanslar, bəstəkar mahnıları və estrada janrlarına yüzlərlə nümunələrin yer aldığı sənətkar, Azərbaycanda estrada janrının üç banisindən biridir (Rəşid Behbudov, Mirzə Babayev və Flora Kərimova).

İlk bəstəkarı şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundova olub.


Azərbaycan Dövlət Opera və Balet Teatrında (“Leyli və Məcnun”, Üzeyir Hacıbəyov) çıxış edib, “Qanun naminə” bədii filmində çəkilib.

Əsrarəngiz səs tembrinə sahibi olan Flora Kərimova dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir. Onun “Əzizim”, “Tapar məni”, “Bağışla”, “Qaytar eşqimi”, “Bilməzdim” və s. mahnıları məşhurdur.

Flora Kərimova üç dəfə ailə qurub. Oqtay və Zümrüd adında övladları var.

 

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Astarada “Narkomaniyaya yox deyək!” devizi ilə budo döyüş növü üzrə klublararası açıq turnir keçirilib

SONRAKI XƏBƏR

Dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan məqalə müsabiqəsi davam edir