“Peyvənddən sonra babam öldü” – Səmranın paylaşımına yazılan RƏY - FOTOFAKT

“Peyvənddən sonra babam öldü” – Səmranın paylaşımına yazılan RƏY - FOTOFAKT

"Vaksin olunmusunuz? Hansı vaksin və necə keçirdiniz? Mən pfizer etdim. İlk dozada qolum ağrıdı 3 gün, məşqdən sonra əzələ ağrıyar eynən elə (bu normaldır). İkinci dozada isə qolum çox az ağrıdı və qızdırmam oldu, dərman içməyi sevmədiyim üçün, bir neçə saata öz-özünə keçdi. Özümü yaxşı hiss edirdim. Hərdən insanların yazdıqlarını oxuyub, ağır keçirəcəyimi düşünürdüm , amma nəticədə hec nə olmamış kimi, adi bir gün idi mənim üçün. İnsanları qorxudub, nə gəldi yazanların, internet xətlərini kəsmək lazımdır".

Bizim.Media xəbər verir ki, bu sözlər müğənni Səmranın peyvənd olunduğu fotonun altına yazdıqlarıdır.

Rəylər isə bir-birindən fərqli olub:

"Babam vurdurdu, iki gün sonra öldü".

"Bu gün vaksinin əks təsirindən ölən qohumumun üçüdür".

Lakin rəylərin əksəriyyətində insanlar orqanizmlərində elə bir dəyişikliyin olmadığını iddia edir.

Səmranın peyvəndlənmə və rəylərin fotosunu təqdim edirik:









Mənbə: bizim.media