Tarixdə bu gün: Əlamətdar olaylar

Tarixdə bu gün: Əlamətdar olaylar

Fanat.Az "Tarixdə bu gün" rubrikası çərçivəsində 24 iyul tarixində dünyaya göz açan idmançıların siyahısını təqdim edir:

Daniele De Rossi

1983-ci ilin bu günü Roma şəhərində anadan olub. Karyerasını ancaq "Roma"ya həsr edən futbolçu klubun heyətində 459 oyun keçirib və 43 qol vurub. İtaliya millisi ilə dünya çempionu olan futbolçu yığmada 117 oyuna 21 qolla yadda qalıb. Daniele keçmiş futbolçu Alberto De Rossinin oğludur.

Dino Baco

1971-ci ilin bu günü İtaliyadan dünyaya gələn futbolçu Dino Baco (Dino Baggio) "Yuventus" və "Parma" ilə üç dəfə UEFA kubokunu qazanıb. Avropa yarışlarında 70 oyunda forma geyinib və 13 qola imza atıb. Dino İtaliya futbolunun əfsanəsi Roberto Baconun qardaşıdır.

Martin Kioun

"Arsenal"ın əfsanələrindən olan Martin Kioun (Martin Keown) 1966-cı ildə bu günündə anadan olub.

"Arsenal"ın yetirməsi olan veteran futbolçu "topçular"la üç dəfə İngiltərə çempionu, üç dəfə İngiltərə Kuboku və Superkubokunun sahibi olub.

İngiltərə millisinin də şərəfini qoruyan mərkəz müdafiəçisi yığmada 43 oyun keçirib və 3 qolla yadda qalıb.

Bellami Uolt

24 iyul 1939-cu il tarixində amerikalı basketbolçu Bellami Uolt (Bellamy Walt) dünyaya gəlib. 1960-cı ildə Romada keçirilən Olimpiadada Uolt ABŞ millisi ilə qızıl medal qazanıb. NBA-da 1043 oyun keçirib və 20941 xal toplayıb. Uolt 2013-cü il noyabrın 2-də ABŞ-ın Corciya ştatında dünyasını dəyişib.

 

Emin Şəmsiyev

Mənbə: fanat.az