Sərxan: "Anladınız ki, toy olmasa, bütün Azərbaycan əziyyət çəkir?!"

Sərxan: "Anladınız ki, toy olmasa, bütün Azərbaycan əziyyət çəkir?!"

"Toylar çox olsun. Nə qədər ki, toy olacaq, o qədər də insanlar çörək qazanacaq. Bütün sahələr çalışacaq və iqtisadi baxımdan hər kəsə xeyir gələcək".

"Sherg.az" xəbər verir ki, bu sözləri İnstaqram hesabında aktyor Sərxan Kərəmoğlu yazıb. O, fikirlərinə bunları da əlavə edib:

"Yazıq sənət adamlarını daşa tuturdunuz ki, gedib pul qazanırsınız. İndi anladınız ki, toy olmasa , bütün Azərbaycan əziyyət çəkir? Soğan satan belə bilmirdi malını kimə satsın. O topa tutanlar, toy olmayan zaman işləyə bildiniz? Ona görə də naşükür olmayın. Sözüm ağzı göyçək olanlaradır".

Mənbə: sherg.az