Ramiz Rövşən yaradıcılığı Rusiya və Türkiyə ədəbiyyat portallarında

Rusiyanın populyar “Libstation” və “Litpriçal” ədəbiyyat portalları Azərbaycanın Xalq şairi Ramiz Rövşənin rus dilinə tərcümə edilmiş “Ümidim yox bir adama”, “Nə var Allahdan yuxarı?” şeirlərinin, Türkiyənin Erikağacioyku.com ədəbiyyat portalı isə şairin türk dilinə tərcümə edilmiş “Gəmi”, “Şükür”, “Söz”, “Hərə bir daş qoydu bura”, “Sevgi məktubu kimi” şeirlərinin və yaradıcılığı haqqında məlumatın yayımına başlayıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Tərcümə Mərkəzindən bildirilib.

 

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Olimpiya Oyunlarında 127 nəfərdə koronavirus aşkar olunub

SONRAKI XƏBƏR

Saxtakar Ermənistan milli əsaslardan dəm vurur