Atası Meqanla Harrini məhkəməyə verir

Atası Meqanla Harrini məhkəməyə verir

Aktrisa Meqan Marklın atası Tomas Markl qızını və həyat yoldaşı şahzadə Harrini məhkəməyə verməyə hazırlaşır.

Redaktor.az xəbər verir ki, bu barədə 77 yaşlı Tomas "Fox News"a verdiyi reportajda bildirib. O, qızı ilə kürəkəninin nəvələri - iki yaşlı Arçi və iki aylıq Lilibet Diananı ona göstərmədiklərini açıqlayıb.

Nəvələrini görmək istəyən Tomas Kaliforniya məhkəmələrinə müraciət edəcək.

"Arçi və Lili balaca uşaqlardır. Onlar siyasətçi və ya piyada deyillər. Onlar ümumiyyətlə oyunun bir hissəsi deyil. Onlar da kral qanındandır və kral ailəsinin digər üzvləri ilə eyni hüquqlara sahib olmalıdırlar" deyə, Tomas nəvələrinin qanuni hüquqlarını müdafiə edib.

Qeyd edək ki, şahzadə Harri krallıq səlahiyyətlərindən imtina edərək həyat yoldaşı Meqan Marklla sarayı tərk edib. //Axşam.az

Mənbə: redaktor.az