Halil Sezai: "Tam döymə bilmədim, gələn səfərə"

Halil Sezai: "Tam döymə bilmədim, gələn səfərə"

Qonşusunu döyərək həbs olunan, daha sonra azadlığa buraxılan müğənni Halil Sezai səhnəyə çıxıb.

Bizim.Media xəbər verir ki, ifaçı sonuncu konsertdə dinləyiciləri ilə dərdləşib.

O, 67 yaşlı qonşusunu döyməyindən danışıb:

"Siz onu yazıq bildiniz, amma buna layiq idi. Başım gözəl idi, lazım olduğu kimi tam döyə bilmədim, gələn səfərə. Belə hiss edirəm, yalan demirəm." sözləri ilə Halil etdiklərinə haqq qazandırıb.

Onun bu sözləri sosial şəbəkə istifadəçilərinin qəzəbinə səbəb olub.
 

Mənbə: bizim.media