"Xanımların zəngindən telefonumun enerjisi bitirdi"

Meyxanaçı Namiq Qaraçuxurlu xanım pərəstişkarlarının ona olan sevgisindən danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "Özəl" verilişində bu haqda söhbət edib. Namiq ilk klipi "Rəvayət"dən sonra ona gələn zənglərdən telefonunun enerjisinin bitdiyini bildirib:

"Telefonumun enerjisinin bitməsinin səbəblərindən biri də xanımların zəngləri idi. Daha çox onlar telefon açırdılar ki, "Mən filankəsəm, filan yerdə işləyirəm". Ona qədər tamaşaçı sevgisi görmüşdüm. O baxımdan hər zaman cəlb etməyi bacarmışam. Toylarda səsimlə, görünüşümlə, duruş-oturuşumla bəyənilirdim, zənglər gəlirdi. Kimsə öz sevgisini etiraf edirdi. Amma bu klipdən sonra daha kütləvi oldu. Bu şeydə təbii ki, o vaxtkı xarici görünüşüm də yardım edirdi".

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Makron Bennettlə danışdı: “Casus böhranı” böyüyür

SONRAKI XƏBƏR

Müğənni Alişanın qardaşının yasına gəlməyənləri qınadı