Vasif Məhərrəmli toylardan danışdı: “Məclisdə 500 yox, 1000 nəfər də olsa...“

Artıq bir aya yaxındır ölkə ərazisində toy, nişan, ad günləri keçirilməsinə icazə verilib.

Nazirlər Kabinetinin məlum qərarından sonra toy, ziyafət və nişan mərasimləri ilə bağlı sifarişlərin sayı çoxalıb. Toy etmək istəyənlər növbəyə düzüldüyündən, bəzi restoranlarda hətta yer yoxdur.

Lakin bu qərardan narazı qalanlar da az deyil. Bəziləri Azərbaycanda 150 nəfərlə toy etməyin mümkün olmadığı qənaətindədirlər.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Vasif Məhərrəmli 150 nəfərlik toyların normal olduğunu bildirib:

“Toylarımız normaldır, hər şey qaydasında təşkil olunur. Toylar 150 nəfərlə keçirilir deyə, hər hansı problem yaranmır. Bu da Operativ Qərargahın qoyduğu qanundur və əməl olunur. Şəxsən mənim iştirak elədiyim məclislərin heç birində 151 adam olmur”.

İfaçı az adamla keçirilən məclislərin daha sakit keçdiyini iddia edənlərə də cavab verib:

“150 nəfərlə toyların daha süst keçdiyini deyənlərlə razılaşmıram. Bu hər toya aid deyil, o baxır toyu idarə edən şəxsə və məclisdə oxuyan müğənniyə. Müğənni əsl müğənnidirsə, 500 nəfərlə də məclis şən keçəcək, 150 nəfərlə də. Müğənni təcrübəsizdirsə, 500 yox, 1000 nəfər də olsa məclis sakit, əyləncəsiz keçəcək...”

Aydinliq.az

ƏVVƏLKİ XƏBƏR

Borrell xəyala qapılır, özünü hipnoz edir - Slutski

SONRAKI XƏBƏR

ABŞ-da güclü qasırğa binaları dağıdıb, bir neçə nəfər xəsarət alıb