Klunilərin villasını da sel basıb - FOTO

Dünyaca məşhur aktyor Corc Kluninin İtaliyada Komo gölü sahilindəki villası selə məruz qalıb.

“Qafqazinfo” xəbər verir ki, 60 yaşlı Kluninin “Oleandar” adlı malikanəsinin ön qapısı istifadəyə yararsız hala çevirilib, sel birinci mərtəbədəki eyvandan mənzilə daxil olub.

İtaliya mətbuatı yazır ki, hadisə zamanı aktyor xanımı Amal Kluni və dörd yaşlı əkizləri ilə həmin evdə olub.

Xatırladaq ki, İtaliyada 72 saat davam edən şiddətli yağış selə səbəb olub. Həmçinin, ötən həftələrdə Avropada güclü yağışların səbəb olduğu sel fəlakəti Almaniyanın Reynland-Pfalz və Şimali Reyn-Vestfaliya əyalətlərində 174, Belçikada 37 nəfərin ölümünə səbəb olub.

Qeyd edək ki, ötən il Hollivud ulduzunun İngiltərədəki 12 milyonluq villası “Dennis” qasırğasından zərər görmüş, malikanəni sel basmışdı.




Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistan 66 əsgər itirdi

SONRAKI XƏBƏR

 İranda NƏ BAŞ VERİR? - Hədəfdə prezidentdir, yoxsa...