“Oskar” mükafatçısı təcavüzdə təqsirli bilinib - FOTO

“Oskar” mükafatçısı təcavüzdə təqsirli bilinib - FOTO

“Oskar” mükafatı laureatı olan Kyuba Qudinq Jr. Nyu-York məhkəməsi tərəfindən təcavüzdə təqsirli bilinib.

Bu barədə “Reuters” xəbər verir.

Hollivud ulduzu 2013-cü ildə Manhettendə hoteldə bir qadına iki dəfə təcavüz etməkdə təqsirli bilinib. O, məhkəmə işində iştirak etməkdən tamamilə imtina etdiyi üçün təqsiri “qəsdən törədilmiş” sayılıb. Bununla belə, aktyor zərərçəkənin “ağrı və əzabına” görə 6 milyon dollar təzminat tələbinə etiraz edə bilər.

Hollivud ulduzu ittihamları rədd edir və özünü təqsirli bilmir.

Qeyd edək ki, Kyuba Qudinq Jr. “Jerry Maguire” (1997) filmində ikinci planda ən yaxşı aktyor nominasiyasında “Oskar” mükafatını alıb.

Mənbə: www.oxu.az