Məşhur şou proqram bağlandı - 17 il sonra

İngiltərənin məşhur "The X Factor" musiqi televiziya şousunun yaradıcısı və prodüseri "Simon Cowell", layihənin İngiltərədə bağlandığını elan etdi.

Metbuat.az xəbər verir ki, bu barədə "The Sun" nəşri yazıb. Kanalın sözçüsü, şirkətin hazırda ölkədə yeni bir şou mövsümü üçün heç bir planı olmadığını söyləyib.

Qeyd edək ki, 2000-ci illərdə "Simon Cowellin" realiti şousu Britaniya televiziyasında ən populyar layihələrdən biri idi. O vaxtlar bu hissələr 10 milyon baxış əldə edirdi, lakin "The X Factor"un reytinqləri son bir neçə ildə kəskin şəkildə aşağı düşdü. Layihə həmçinin "Little Mix", "Olly Murs", "Jedward" və "One Direction" kimi sənətçilərin yollarını açıb.

Metbuat.az

ƏVVƏLKİ XƏBƏR

Ölən narkomanların ürəkləri istifadə olunacaq - Bu məqsədlə...

SONRAKI XƏBƏR

İlin birinci yarısında Astarada sənaye məhsullarının və göstərilmiş xidmətlərin həcmi 19 faiz artıb