Brilliant Dadaşova ilə Günel barışıb

Brilliant Dadaşova ilə Günel  barışıb

Xalq artisti Brilliant Dadaşova ilə müğənni Günel Zeynalova barışıb.

Manset.az xəbər verir ki, bu haqda Günel "7 Canlı" verilişində deyib. O bildirib ki, aralarında anlaşılmazlıq yaşanıb:

"Brilliant Dadaşova ilə barışdım. "Maç-maç" mahnısı üstündə mübahisəmiz olmuşdu. Onu oxumaq istəyirdim ki, Brilliant xanım da icazə vermədi. Mən də küsdüm. Sonra mənə izah etdi ki, Türkiyədə bir şirkətlə müqavilə imzalayıb. Bir il həmin mahnını heç kim oxuya bilməzdi. Mən də barışdım".

Qeyd edək ki, B.Dadaşova özü də bir müddət əvvəl Türkiyədə bir şirkətin reklam çarxında mahnısının yayımlandığını, bunun üçün Günelə oxuma qadağası qoyduğunu açıqlamışdı. O bildirib ki, həmin şirkətdən qazandığı pulla İstanbulda ev alıb.

Mənbə: manset.az