"Ramal İsrafilov dayım oğlu, Mirkamil isə mənim xalam oğludur"

"Ramal İsrafilov dayım oğlu, Mirkamil isə mənim xalam oğludur"

Bəlkə də o arzuladığı səsi və istedadı görsəydi anam mənə gənc müğənni olmağımda dəstək olardı.
Mənimçün həmişə fəxrdir ki lap yetmiş yaşımda olanda da desinlər ki, o Mələkxanım Əyyubovanın qızıdır.
Moderator.az saytı Xalq Artisti, muğam ifaçısı Mələkxanım Əyyubovanın gənc blogger və rəssam qızı Nəzrin Nəcəfova ilə müsahibə edib.
-Məşhur musiqiçi ailəsində doğulan biri kimi nə üçün bu sahədə fəaliyyət göstərmədin?
- Musiqiyə qarşı həvəssiz və ya laqeyd deyiləm. Elə indi də arada özüm üçün zümzümə edirəm.Uşaqlıqdan Aybəniz Haşımovanın rəbəri olduğu Bülbüllərdə iki ilə yaxın dərs almışam .Televiziyarda da uşaq ikən Bülbüllər ilə birlikdə çıxışlarım olub.Çox utancaq olduğum üçün atam məni o qrupdan çıxardı.Həmçinin Oqtay Zülfüqarovun uşaq ansamblına qatılmışdım. Hardasa 1 il də orada dərs aldım.Suluqların və musiqi duyumumun yaranmağında orada aldığım dərslər mənə çox kömək oldu.
-Bəs nə əcəb ananız sizə ifaçı olub öz sənətini davam etdirməyiniz üçün dəstək olmadı?
Bəlkə də o arzuladığı səsi və istedadı görsəydi anam mənə gənc müğənni olmağımda dəstək olardı.Məncə anam məndə ifaçıya lazım olan o qəlbə toxuan səsi ,xüsusi səs tembri və bu sahədəki istedadı görmədiyi üçün dəstək olub məni bu sahəyə yönləndirmədi.Anam uzun illərdir ki, bu sənətdədir və sənətinin çətinliklərini də çox yaxşı bildiyi üçün övladlarının heç birinin bu sənətə gəlməsini istəmədi.
Mən musiqini davam etmədim, çünkü o sahəyə elə də həvəsim olmadı lakin qohumlarım arasında davam edənlər oldu yəni bu sahəni özlərinə sənət kimi seçdilər və anam da sağolsun ki onlara lazımınca dəstək göstərdi.
-Elə bu mövzudan söhbət düşmüşkən yaxın qohumlarınız Ramal İsrafilov və Mirkamil Kamilov haqqında fikirlərinizi öyrənmək istərdik.Deyəsən bir vaxtlar Xalq Artistimizlə onlar arasında bir az soyuqluqlar da yaşanmışdı və bu mətbuata da yansımışdı.
Ramal İsrafilov dayım oğlu, Mirkamil isə mənim xalam oğludur.Onların Bakıya gəlməkləri belə anam Mələkxanım Əyyubovanın sayəsində baş verdi. Mirkamilin sənətində hal-hazırda durğunluq var, amma Ramal isə ifaçılıq fəaliyyətini davam etməkdədir.Ramalın böyük qardaşı Vüsal da Mədəniyyət və İncəsənət Universitetində anamın tələbəsi olub və o da hazırda ifaçı kimi fəaliyyət göstərməkdədir. Anam ona həm bibisi kimi, həm də müəllimi kimi xanəndəlik sənətinin bütün incəliklərini öyrədib.Nəinki onlara, anam dərs verdiyi bütün tələbələrinə həmişə dəstək olmağa çalışıb.Soyuqluqlar barədə bir söz deyə bilmərəm. Məncə belə hallar olmayıb. Bu barədə daha dolğun cavab əldə etmək üçün isə Mələkxanım Əyyubovanın özünə müraciət etsəniz daha yaxşı olardı.
-Bəs necə oldu ki sizdə rəssamlığa həvəs yarandı?
-Mənim atam başqa sahədə çalışsa da, çox gözəl rəssamlıq qabiliyyəti var. Mən uşaq olanda o çox gözəl şəkillər çəkirdi və məndə rəssamlığa həvəs ilkin olaraq atamdan yarandı. Daha sonra sənət seçməyə gəldikdə anam mənə məsləhət gördü ki, iqtisadiyyatı seçim, atam isə həkim olmağımı istəyirdi. Mən isə uşaqlıqdan vurğunu olduğum rəssamlığı seçdim.
-Rəssamlığın hansı sahəsi üzrə ixtisaslaşmısınız?
-Mən uşaqlıqdan modanın, dəbin vurğunu olduğum üçün təbii ki seçim imkanı verildikdə geyim üzrə rəssamlığı seçdim. Lakin bununla yanaşı təhsil aldığım müddətdə yağlı boya ilə də portret, peyzaj və natürmort çəkməyi və bir çox janrlarda işləməyi öyrəndim.Həmçinin yağlı boya və akrillə kətan üzərində işləməyi də çox sevirəm. Tələbəlik müddətimdə əməkdar rəssam Elşən Hacızadədən bu sahədə xüsusi dərslər aldım və hal-hazırda da, ondan dərs almaqda davam edirəm və sağolsun ki, məndən heç zaman öz dəstəyini əsirgəməyib. Mənim hal-hazırda şəxsi emalatxanam yoxdur. Buna görə də yağlı boya ilə işlədiyim zamanlar məhz Elşən Hacızadənin emalatxanasından istifadə edirəm.
-Gələcəy üçün nə kimi planlarınız var?
Artıq planlarımı həyata keçirməyə başlamışam və arzusunda olduğum brendimi də bu ilin yazında yaratmışam.Nez_by Nazrin Najafova. Hər fəsildən fəsilə yeni kolleksiyalarımızı hazırlayıb alıcılarımıza təqdim edirik. Satışlarımız da aparılmaqdadır.
-Satışlarınız necə aparılır? Əl işlərinizi nümayiş etdirən xüsusi bir mağazanız varmı?
-Satışlarımız online aparılır. Gələcəkdə mağaza və ya ən yaxşı şəkildə mağazalar şəbəkəsi qurmağı planlaşdırıram, lakin məncə indi bu barədə danışmaq çox tezdir. Brend tam olaraq özünü doğrultduqdan və öz kütləmizi topladıqdan, həmçinin rəqabətdən sağlam şəkildə çıxdıqdan sonra niyə də olmasın.Lakin bu brendi yaratmağım məni çox qürurlandırır.Çünkü arzumu artıq real bir işə çevirə bilmişəm. Düzü hazırkı komandamız elə də böyük deyil. Mən və mənim həqiqətən işini çox bəyəndiyim əlləri qızıl dərzimdən ibarətdir, lakin komandamızın böyüməsi də sırf məhsulun satışına bağlı ola biləcək bir işdir.
-Gələcəkdə ola bilər ki, ailə həyatı qurduqdan sonra sənətdən və hazırkı fəaliyyətlərindən uzaqlaşasan?
Düşünürəm ki, hər ikisini də davam etdirə biləcək bir gücdəyəm və gələcəkdə ailə həyatı qurduğum şəxs də məndən bunu heç vaxt tələb etməz.Məncə ailə qurmaq sənət üçün heç vaxt əngəl olmamalıdır.İnsan ailə qurduqda məncə daha çox maddi xərcləri olur və bunları qarşılaya bilmək üçün qadın mütləq öz sənəti ilə məşqul olmalıdır.Təbii ki, sevdiyi, seçdiyi və özünü xoşbəxt hiss etdiyi sənətlə. Qadın həyat yoldaşına da, övladına, evinə və işinə də vaxt ayərmağı bacarmalıdır.
-Lakin bir reallıq da var ki sənətdə xüsusən də ifaçılıqla məşqul olan xanımlarımızın çoxu ailə həyatında uğursuz, sənətdə isə uğurlu olurlar. Sizin ananız Mələkxanım Əyyubova isə hər ikisində uğurludur. Sizcə sirr nədəddir?
-Doğru vurğulayırsınız, anam hər ikisində uğurludur.Həmçinin digər sənət xanımlarının bir ya iki övldı olubsa, Mələkxanım Əyyubovanın dörd övladı olub.Təbbi ki, anam bunları tək edə bilməzdi .Həm atam, həm nənəm anama kömək ediblər.Həmçinin bu faktdır ki, həyat yoldaşının dəstəyi olmadan qadın bütün işlərin öhtəsindən gələ bilməz.Atamla anam qarşılıqlı olaraq həmişə bir-birlərinə dəstək olublar və bu dəstəyin ən gözəl nəticələri də göz qabağındadır.
-Bu gün sən ananın adı ilə daha çox tanınırsan. Ola bilərmi ki, gələcəkdə elə bir məşhurluq qazanasan ki, anan Mələkxanım Əyyubovanıdaha çox Nəzrin Nəcəfovanın anası kimi tanısınlar?
Düzü elə bir iddiam yoxdur. Həqiqi mənada anamın adının adımın qarşısında çəkilməsi mənim üçün böyük şərəfdir. Anamın sadəliyi, gözəlliyi və sənəti ilə fəxr edirəm. Ömrümün sonuna kimi onun adını öz adımın qarşısında daşımağa hazıram. Mənim üçün həmişə fəxrdir ki, lap yetmiş yaşım olanda da desinlər ki, o Mələkxanım Əyyubovanın qızıdır.
-Son günlərdə ən gəlirli peşələrdən birinə çevirilən blogerlik Azərbaycanda da geniş vüsət alıb və bizdə olan məlumata görə sən də məhz bu işlə məşqulsan. Bəs nə üçün bu fəaliyyəti seçdin, məşhurluq yoxsa daha çox gəlir əldə etmək üçün?
-Ailəmizdə tək blogger mən deyiləm. Böyük qardaşım Cəfər də məhz bu işlə məşquldur və kifayət qədər də gəlirləri var.Məndə bu sahəyə olan marağı da məhz qardaşım yaradıb. Açığı bu fəliyyətə başlayanda pul qazanmağı düşünməmişdim. Mqsədim insanlara fayda verə bilmək idi ki, məsələn haradasa kəşf etdiyim yeni bir məhsulu insanlarla paylaşaraq həm satıcıya, həm də insanlara fayda verim.Daha sonra isə bu fəaliyyətim qazanca çevirilməyə başladı.Blogger kimi İnstaqramda nez_n adı ilə fəaliyyətimi davam etdirirəm.Qazancımı tam olaraq deməyəcəm, amma blogerlikdən əldə etdiyim gəlir hazırda öz xərclərimi qarşılamaq üçün kifayət edir.Həmçinin blogerrlikdə yeniyəm. Bir ildir ki, bu fəaliyyətlə məşqulam. Demək olar ki 4-5 aydır buradan gəlir əldə etməyə başlamışam. Bloggerlik vasitəsiylə həmçinin öz geyim brendimi də tanıtmağa başlamışam və bu mənə əlavə bir üstünlük və güc verir.
-Bəs bloggerlik fəaliyyətinizə ananız Mələkxanım Əyyubovanın münasibəti necədir?
-Anam hər sahədə olduğu kimi bu sahədədə məni dəstəkləyir və uğurlarıma məndən də çox sevinən məhz o olur.Çünkü anam mənə inanır və buna görə də bu sahədə də sözün yaxşı mənasında özümü doğruldacağıma inanır. Bloger olaraq bir xarici qlobal şirkətlə də əməkdaşlığa başlamışam və anam bu uğurumu gördükdə də çox sevindi.Şirkətin adı hələlik sirr kimi qalsın, lakin yaxın günlərdə öz səyfəmdə bunu açıqlamağı düşünürəm.
-Necə düşünürsən, bloggerlik fəaliyyətin hal-hazırda rəssamlığını üstəlyə bilir?
-Şəxsi yanaşma cəhətdən hər zaman balansı qorumağa çalışıram, lakin qazanc cəhətdən bloggerliyim təbii ki rəssamlığımı üstələyir.
-Ananızın sizə hər hansı bir tövsiyəsi və ya iradı olubmu ki, sənət aləmində bunu etmək olmaz.Əgər olubsa bunun nə olduğunu bilmək maraqlı olardı.
-Mən uşaqlıqdan elə bir tərbiyyə almışam ki ,mənə bunu etmək olmaz deyərək irad bildirməyə ehtiyac yoxdur. Həm həyatım, həm də sənətimlə bağlı doğru qərarlar verməyi bacarıram.Sadəcə məsləhət verə bilər ki ,məsələn bunu belə etsən daha yaxşı olar və düşünürəm ki,övladın valideyin məsləhətinə, böyük sözünə həmişə ehtiyacı var.
-Hazırda subaysan və izləyicilərin arasında əks cinsin nümayəndələri də çoxdur. Bəs bir gözəl xanım kimi onlardan xoş sözlər və ya evlilik təklifləri yazanlar olurmu sənə?
-Təbii ki qadınlarla yanaşı kişi izləyicilərimdə var və onlardan bu mövzuda bir çox mesajlar alıram, lakin heç bir reaksiya vermədən baxıb keçirəm.
-Bəs hal-hazırda həyatınızda sevdiyiniz bir insan varmı?
İndi tam mənada işimə fokuslanmışam .Lakin qismət deyək, ola bilər ki gələcəkdə mənə tam olaraq uyğun bir insan qarşıma çıxsın.
-Bəs xarici görüşünüzlə bağlı gələcəkdə model olaraq fəaliyyət göstərmək istərdinizmi?
-Düzü bu tipli təklifləri çox almışam.Bəzi məşhur vizajistlər dəfələrlə məni makyaj edib paylaşıblar. Lakin geyim olaraq bu tipli təkliflərə razı olmamışam. Hazırda ancaq öz hazırladığım geyimlərin modelliyini edirəm. Modellik bir başqa sənətdir və öz özəllikləri var.
- Fəxriyyə Xələfova, Gülnarə Xəlilova kimi digər məşhur modelyerlərimiz sənin brendini qəbul edirlərmi bəs brendin onlar tərəfindən iradla qarşılaşsa necə,bu kimi ehtimalları düşünmüsən?
-Əgər sənət bilicilərinin işimlə bağlı hər hansı bir iradları olsa, bunu normal qəbul edərəm.Fəxriyyə Xələfova Universitetdə müəlliməm olub.Düzü hələ ki brendimi ona təqdim etməmişəm, lakin düşünürəm ki tanış olduğu zaman bəyənəcək. Pandemiyaya görə hələ ki brendimin təqdimatını keçirə bilməmişəm, lakin təqdimata həm Fəxriyyə həm də Gülnarə xanımı həm də sizi dəvət etməyi düşünürəm və o zaman onların nə düşündüklərini biləcəyik.
-Sənətinlə ,işlərinlə əlaqədar içində hər hansı bir qorxuların olurmu?
Qorxu deməzdim, lakin zamanla işlərimlə əlaqədar içimdə müəyyən tərəddüdlərim olur. Məncə bunun olması da, kifayət qədər normal haldır. İşimə qarşı olan məsuliyyətimin göstəricisidir.Xəyalpərəst bir insanam. Xəyallarımda qurduğum yerə çatmaq üçün bir çox addımlar atıram və təbii ki, bu zaman bəzi tərddüdlərim də olur.
-Bəs xaricdə bir çox sərgilərdə iştirak edən gənc bir rəssam kimi xarici kütlənin bizim rəsm əsərlərimizə nə kimi münasibətlərini görmüsən?
-Xarici kütlə tərəfindən bizim çəkdiyimiz rəsmlər həqiqətən çox bəyənilir. Mən xarici kütlənin simalarından da bunu hiss etmişəm. Fərq məncə ondadır ki, onların gördükləri ənənəvi yerli istehsallı rəsmlər abstrakt təsəvvür üzərində qurulub. Bizim rəsmlərdə isə mütləq predmet olur. Ona görə də onlar bizim çəkdiyimiz rəsmlərə baxanda öz heyranlıqlarını gizlədə bilmirlər, lakin almağa gəldikdə isə yenə də abstrakt əsərlərə üstünlük verərək evlərini, ofislərini və s bu kimi abstrakt əsərlərlə bəzəyirlər.
-Kifayət qədər gənc və gözəl xanımsan və ananın məşhurluğu da sənin özəlliklərindən biridir. Bəs digər gənc həmkarların bunları sinirə bilməsə o zaman onlarla konfliktə qoşularsan?
Xaraktercə konflikt və qalmaqaldan uzaq insanam və heç zaman da qalmaqalla gündəmi zəbt etməyə çalışmayacağam. Mənim aldığım tərbiyə və böyüdüyüm mühit də, buna imkan vermir. Bildiyiniz kimi anam Mələkxanım Əyyubova da həmişə qalmaqaldan uzaq bir sənət adamı olub. Məhz işi ilə gündəmdə olub.Gözəllik Allah vergisidir, yəni hərəyə bir cür gözəllik bəxş edilir. İnsanın tərbiyə və davranışı isə yalnız özündən asılıdır. Qalmaqalla qazanılan məşhurluq o qalmaqalın ömrü bitənə kimi davam edir. Zəhmətlə əldə olunan hörmət isə heç vaxt tükənmir.Əlimin zəhmətinə güvənərək çıxdığım bu yoldada ən yaxın silahdaşım da məhz əməyim və alıntərimdir.
Kifayət qədər maraqlı və səmimi suallarınız üçün təşəkkür edirəm.
Biz təşəkkür edirik.
 

Mənbə: teref.az