Rəngləri qulaqları ilə eşidən adam - Kiborq həyatı necə olur? - FOTO

Rəngləri qulaqları ilə eşidən adam - Kiborq həyatı necə olur? - FOTO

37 yaşlı britaniyalı Nil Harbisson anadangəlmə axromatopsiya xəstəliyindən əziyyət çəkir. O, dünyanı boz görür, gözü heç bir rəngi ayırd etmir.

Milli.Az xəbər verir ki. rəngləri görmək üçün bu adamların başına xüsusi antenə bənzər cihaz yerləşdirilir ki, o rəngləri görə bilsin.

Belə ki, bu antenn ətrafdakı rənglərdən səs dalğaları yaradaraq daxili qulağa ötürür. Bu zaman Nil indi qarşısındakının hansı rəngdə olduğunu bilir. Belə deyək, o rəngləri eşidir, amma yenə də görmür.

Medicina.az xəbər verir ki, Nil artıq bu antensiz heç yerə getmir, hətta pasport fotosunda da antenlə düşmək istəyib.

O, anteni bədəninin bir hissəsi hesab edir.

Nİl özünü əsl kiborq kimi hiss edir və bu antenin hər bir insana əslində lazım olduğunu düşünür.

O, ilk dəfə 5 yaşında rəngləri görmədiyini anlayıb. 11 yaşında ona rəng korluğu diaqnozu qoyulub. /medicina.az

Milli.Az

Mənbə: news.milli.az