Demetin Azərbaycanla bağlı sualına həmyerlimizdən cavab

Demetin Azərbaycanla bağlı sualına həmyerlimizdən cavab

Müğənni Demet Akalın ölkənin müxtəlif yerlərində baş verən yanğınlarla bağlı yazdığı paylaşımlardan birində Azərbaycanın Türkiyəyə yardım göndərib-göndərməməsini müzakirə edib.

Redaktor.az xəbər verir ki, ifaçl tvitter hesabında Türkiyəyə yardım edən bütün ölkələrlə bağlı məlumatları yayımlayaraq "Azərbaycan yanğınsöndürən təyyarə göndərdi" sualı ilə aqressiya nümayiş etdirib.

Yazılan posta qarşılıq verən azərbaycanlı istifadəçilərdən biri müğənninin bu cür mövqe sərgiləməsinə sərt cavab verib.

"Birincisi, ölkəmin adını düzgün yazın - Azərbaycan!

Bəli, 500 nəfərdən ibarət şəxsi heyət, helikopterlər göndərilib. Xəbərləri oxusanız görə bilərsiniz. Canımız da fəda!" şərhi ilə həmyerlimiz Demetin sualını cavablayıb. //Axşam.az

Mənbə: redaktor.az