Rəhim:"Çalışmışam ki, mediadan uzaq durum"

Rəhim:"Çalışmışam ki, mediadan uzaq durum"

Müğənni-bəstəkar Rəhim Rəhimli “Səhər-səhər” proqramında sənətindən bəhs edib.

“Sherg.az” xəbər verir ki, o bunları söyləyib:

“Mediadan həmişə uzaq durmuşam. Bu günə qədər bir-iki jurnalistə danışmışam. Şou-biznes məclislərinə getmirəm. Çünki ən sonda söhbət ailəyə gəlib çıxır və narazılıq yaranır. Mənim anam, qardaşım var. Onlar da baxarlar, əsəbləşərlər. Bu üzdən çalışmışam ki, mediadan uzaq durum. Deyirəm, xahiş edirəm, məndən yazmayın”.

Mənbə: sherg.az