Tatlısəsin əlillik pensiyası ləğv edildi

Tatlısəsin əlillik pensiyası ləğv edildi

Türkiyəli müğənni İbrahim Tatlısəsin 2017-ci ildən aldığı əlillik pensiyası ləğv edilib.

101.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni 2011-ci ildəki silahlı hücumdan sonra əlillik pensiyasının təyin olunması üçün müraciət etmişdi. Sənətçinin sağlamlıq haqqındakı sənədlərinə baxıldıqdan sonra ona 3 119 lirə (təxminən 634 manat) təqaüd təyin olunmuşdu.

Sosial Müdafiə Fondu Tatlısəsin "İbo Show"da aparıcılıq etdiyini səbəb göstərərək pensiyasının ödənilməsinə xitam verib.

Qeyd edək ki, sənətçi dəfələrlə Türkiyədə, ABŞ-da və Almaniyada beyinindən əməliyyat olunmuşdu.

 

Mənbə: 101.az