Azərbaycanlı biznesmendən hamilə olduğu deyilən Hadisə ilə bağlı YENİ İDDİA: "Uşaq doğularsa..."

Azərbaycanlı biznesmendən hamilə olduğu deyilən Hadisə ilə bağlı  YENİ İDDİA: "Uşaq doğularsa..."

Türk model və aparıcı Dəniz Akkaya müğənni Hadisəylə bağlı iddiaları ilə yenidən gündəmə gəlib.

Metbuat.az publika.az-a istinadən xəbər verir ki, bu yaxınlarda Hadisə və azərbaycanlı iş adamı Rza Zərrabın bir vaxtlar qeyri-qanuni münasibətdə olduqlarını açıqlayan Akkaya müğənni ilə bağlı iddialarını davam etdirir.

O, "Hadisə hamilə qalanda Rza Zərrabdan pul istəyib. Hadisə hətta, Zərraba uşaq doğularsa və doğulmazsa nə qədər pul tələb edəcəyini deyib", - deyə məlumat yayıb.

Hadisə isə sosial media hesabından ingilis dilində video paylaşaraq "Bir axmaq danışanda diqqətlə qulaq asın. Çünki bir axmaq danışarkən onu dinləmək çox önəmlidir" sözlərini qeyd edib.

 

 

Mənbə: metbuat.az