Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağırlaşdı

Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti daha da ağırlaşıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Zığdakı modul tipli hospitalından məlumat verilib.

Bildirilib ki, müğənni 80% oksigen dəstəyi alır: "O, dünən səhərdən xəstəxanamızın reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub. Hazırda müalicəsi davam etdirilir. Saturasiyası normadan aşağı - 90%-dir. Huşu qapalıdır. Qan təzyiqi, şəkəri və nəbzi nəzarətdə saxlanılır".

Report.az

ƏVVƏLKİ XƏBƏR

Merkel rəsmi mərasimdə ayaq üstə dura bilmədi – VİDEO

SONRAKI XƏBƏR

İlin ən qeyri-adi geyimli qala gecəsi - FOTOLAR