“Zəfər tarixi” dərsliyi çapdan çıxıb - VİDEO

“Zəfər tarixi” dərsliyi çapdan çıxıb - VİDEO

“Zəfər tarixi” dərsliyi artıq çapdan çıxıb. Yeni tədris ilindən məktəblərdə IX siniflərə tarix müəllimləri tərəfindən tədris ediləcək.

Kurs tədris dilindən asılı olmayaraq həftədə 1 saat Azərbaycan dilində keçiriləcək

“Zəfər tarixi” dərsliyinin müəllifləri Pərviz Ağalarov, Niyaməddin Quliyev, Hafiz Cabbarov, Ramil Tanrıverdi və Talıb Talıblıdır. Dərsliyin hazırlanması həm də onların üzərinə böyük bir məsuliyyət qoymuşdu.

44 günlük zəfər tarixinə gedən yolu dərs vəsaitinə sığdırmaq digər bir qəhrəmanlıq tələb edirdi. Tarix yazan oğullarımızn şücaəti və qəhrəmanlıqlarının hər gününə bir kitab yazmaq olar deyir müəlliflər.

“Zəfər tarixi” kursunun IX sinifdə tədris olunmasının səbəbi isə həyata atılacaq, müəyyən bilik və bacarıqlara yiyələnmiş, düşünməyi, təhlil etmə bacarığı formalaşmış gənclər artıq bu sinifdə daha geniş şəkildə təqdimat edə və ətraflı məlumatlara yiyələnmiş olmalarıdır. Kitab hazırlanarkən dərsliyin texniki bədii tərtibatina da xüsusi önəm verilib. Qarabağ tarixini, xüsusən şanlı qələbəmizi əks etdirən fotolar geniş yer alıb. Hərbi nailiyyətlərimiz şagirdlərə özünəməxsus izah olunub

Bu dərslik vasitəsilə Qarabağın tarixi, münaqişə ilə bağlı uzunmüddətli danışıqlar prosesi, baş verən hadisələrin, zəfərin qazanılması barədə məlumatların Azərbaycan vətəndaşlarına, şagirdlərə çatdırılması təmin ediləcək. O şagirdlərə ki artıq o zəfər tarixini canlı yaşadılar. Dərslikdın öncə elə həyatın özündən əyani öyrəndilər. Hələ neçə neçə yetişəcək yeni nəsillər isə bu Zəfər tarixini böyük qürurla oxuayacaqlar.

Mənbə: www.realtv.az